Modern.az

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

17 Noyabr 2018, 20:56

“Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycanın Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kuboku zamanı bildirib.

 

İ.İsmayılovun sözlərinə görə, beynəlxalq yarışlar təkcə paytaxtda yox, həm də ölkənin regionlarında yüksək səviyyədə keçirilir: “Bu cür yarışlar idmanın kütləviliyinə müsbət təsir göstərir. Azərbaycanlı idmançılar yarışlarda uğurla çıxış edir və yaxşı nəticələr əldə edirlər”.

 

İ.İsmayılov həmçinin Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndirib:

 

"Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sayəsində ölkədə hər il gimnastika növləri üzrə çempionatlar və Kubok yarışları keçirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!