Modern.az

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO

Aktual

17 Noyabr 2018, 22:51

Azərbaycan - Farer Adaları oyunu başa çatdı. Oyun Azərbaycan millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Bununla da Azərbaycan milli komandası xallarının sayını 9-a çatdırıb.

Qeyd edək ki, qrupun digər oyununda Kosovo millisi səfərdə Maltanı 5:0 hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan qrupda 2-ci yerdəki mövqeyini qoruyub saxlayır.

 

21:30

 

Azərbaycan - Farer Adaları oyununda ikinci qol vurulub. Oyunun 28-ci dəqiqəsində Mahir Mədətov gözəl zərbə ilə topu tora göndərib. Hazırda hesab 2:0 Azərbaycan millisnin xeyrinədir.

 

21: 20

 

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda hesabı açdı. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 18-ci dəqiqəsində Dmitri Nazarov topu Farer Adaları yığmasının qapısından keçirib. Hazırda oyun 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinədir.

 

Qeyd edək ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Azərbaycan-Malta oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə