Modern.az

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ

Aktual

18 Noyabr 2018, 12:38

Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Nurməmməd oğlu Nurməmmədov gecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerinitərk edib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə