Modern.az

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi

Aktual

18 Noyabr 2018, 17:08

Türkiyə Hərbi Qüvvələri həftə ərzində 68 terrorçunu zərərsizləşdirib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verirki,  bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK, PYD, YPG və İŞİD-ə qarşı antiterror əməliyyatları Diyarbəkir, Hakkari, Tunceli, Şırnak, Mardin vilayətlərində, həmçinin İraqın şimalında keçirilib. Əməliyyatların gedişatında Türkiyə ordusunun 2 hərbi qulluqçusu həlak olub, daha 3 hərbçi yaralanıb.

Terrorçulardan xeyli miqdarda silah-sursat götürülüb, habelə silahlıların 31 atəş nöqtəsi, sığınacağı və silah anbarı məhv edilib.

Məlumatda həmçinin bildirilir ki, Suriyanın Afrin bölgəsində başlanan "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 4585 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə