Modern.az

ABŞ  süni ət istehsalına hazırlaşır

ABŞ  süni ət istehsalına hazırlaşır

Aktual

18 Noyabr 2018, 22:12

ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarəti İdarəsi (FDA) laboratoriya şəraitində suni yetişdirilmiş ətin istehsalı və satışı qaydalarını razılaşdırıblar. Modern.az xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında bildirilir.

 

FDA heyvan hüceyrələrinin toplanmasına, nazirlik əməkdaşları isə nişanlanma və istehsal məsələlərinə cavabdehlik daşıyacaqlar.

 

Saziş üzərində tamamlanma işləri dekabrın 26-na qədər davam etdiriləcək. Hər iki qurum bu növ məhsulun təhlükəsizliyini təmin edəcəklərinə əmindirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə