Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az xəbər verir ki, 1995-ci il təvəllüdlü rayon sakini Elvin Rəfi oğlu Məmmədov kürək nahiyəsindən bıçaqlanıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.