Ötən axşam UEFA Millətlər Liqasında 6-cı turun oyunlarına start verilib.
Modern.az-ın məlumatına görə, ilk oyun günündə 4 liqada ümumilikdə 7 görüş keçirilib. Bununla da, daha 3 komandanın pley-offa çıxması rəsmiləşib.
A liqasının 2-ci qrupunda İsveçrə qrup lideri kimi adını pley-offa yazdırıb.
4-cü qrupda İngiltərə Xorvatiyanı qəbul edib. 2:1 hesabı ilə qalib gələn ingilislər növbəti mərhələyə yüksəlib. Xorvatiya isə B Liqasına düşüb.
D liqasının 2-ci qrupunda isə Belarus səfərdə San-Marinonu udaraq, pley-ofda oynamaq hüququ əldə edib.
Qeyd edək ki, buna qədər Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina, Danimarka və Portuqaliya yığmaları final mərhələsinə vəsiqə qazanıblar.
18 noyabr
A Liqası
2-ci qrup
İsveçrə - Belçika - 5:2
1. | İsveçrə | 4 | 3 | 0 | 1 | 14:5 | 9 |
2. | Belçika | 4 | 3 | 0 | 1 | 9:6 | 9 |
3. | İslandiya | 4 | 0 | 0 | 4 | 1:13 | 0 |
4-cü qrup
İngiltərə - Xorvatiya - 2:1
1. | İngiltərə | 4 | 2 | 1 | 1 | 6:5 | 7 |
2. | İspaniya | 4 | 2 | 0 | 2 | 12:7 | 6 |
3. | Xorvatiya | 4 | 1 | 1 | 2 | 4:10 | 4 |
B Liqası
3-cü qrup
Şimali İrlandiya – Avstriya - 1:2
1. | Bosniya və Herseqovina | 4 | 3 | 1 | 0 | 5:1 | 10 |
2. | Avstriya | 4 | 2 | 1 | 1 | 3:2 | 7 |
3. | Şimali İrlandiya | 4 | 0 | 0 | 4 | 2:7 | 0 |
C Liqası
2-ci qrup
Macarıstan – Finlandiya - 2:0
Yunanıstan – Estoniya - 0:1
1. | Finlandiya | 6 | 4 | 0 | 2 | 5:3 | 12 |
2. | Macarıstan | 6 | 3 | 1 | 2 | 9:6 | 10 |
3. | Yunanıstan | 6 | 3 | 0 | 3 | 4:5 | 9 |
4. | Estoniya | 5 | 0 | 1 | 4 | 3:8 | 1 |
D Liqası
2-ci qrup
San-Marino – Belarus - 0:2
Moldova – Lüksemburq - 1:1
1. | Belarus | 6 | 4 | 2 | 0 | 10:0 | 14 |
2. | Lüksemburq | 6 | 3 | 1 | 2 | 11:4 | 10 |
3. | Moldova | 6 | 2 | 3 | 1 | 4:5 | 9 |
4. | San Marino | 6 | 0 | 0 | 6 | 0:16 | 0 |