Modern.az

Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başladı

Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başladı

Aktual

19 Noyabr 2018, 09:43

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir.

Netanyahu bunu Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasından televiziya ilə müraciəti zamanı deyib.

"Mən müdafiə naziri vəzifəsinin icrasına başlayıram" - deyə o bildirib.

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hökumətin fələstinlilərə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə