Arxiv
19 Noyabr 2018, 15:50 | AKTUAL
Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı əsasında yaradıldığını bildirib. Aqrar Tədqiqatlar Mərkəzində Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış, aqrar sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış kadrların bir araya gəldiyini deyən şöbə müdiri yeni qurumun aqrar sahənin “beyin mərkəzi” rolunu oynayacağına ümidvar olduğunu bildirib.

 

 

Mərkəzin direktoru Pərviz Hacıyev bildirib ki,  Mərkəzin yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq  təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir. Bundan başqa ATM əməkdaşları dərin təhlilə əsaslanan tədqiqatlar apararaq kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq niyyətindədirlər. Pərviz Hacıyev Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən elektron kənd təsərrüfat informasiya sisteminin hazırlanması artıq başa çatmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, bu sistemin yaradılması aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir.

 

 

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov bildirib ki, Mərkəzin əsas funksiyalarına aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması da daxildir. Bu sistem əsasında  aqrar təhlillərin aparılması və qiymətləndirməsi, aqrar proqnozlaşdırma, özəl və dövlət sifarişlərinin yerinə yetirilməsi mümkün olacaq. Toğrul Cəfərov deyib ki, beynəlxalq ekspertlərin iştirakı ilə proqram və layihələrin hazırlanması, aqrar sahənin strateji planlaşdırılması və elmi tədqiqat işlərinin aparılması da nəzərdə tutulur.

 

 

Mərkəzin direktor müavini Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan dövlət proqramları barədə məlumat verib. O bildirib ki, heyvandarlığın inkişafına dair Dövlət Proqramının ilkin layihəsi hazırlanıb, bundan başqa taxılçılığın inkişafına dair Dövlət Proqramı üzərində iş davam edir. Namiq Şalbuzov aqrar sahəyə dair məlumatların toplanaraq təhlil edilməsinin vacibliyini qeyd edib və bu təhlillər əsasında aparılacaq araşdırmaların praktik tətbiqinin kənd təsərrüfatının inkişafında böyük rol oynayacağını bildirib.

 

 

Tədbirdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan Patriarxlığından sərhəd açıqlaması 24 May 2019, 01:12 Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi 24 May 2019, 00:36 Fuad Abbasov azadlığa buraxılıb - İddia 24 May 2019, 00:18 Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR 23 May 2019, 23:57 Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü 23 May 2019, 23:40 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47