Modern.az

Azərbaycan Belarusdan yeni silahlar alacaq

Azərbaycan Belarusdan yeni silahlar alacaq

19 Noyabr 2018, 18:03

Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko hərbi texnika və hava hücumundan müdafiə sisteminin tədarükü barədə memorandum imzalayıblar.

 

Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı əməkdaşlıqdan razılıq ifadə ediblər.  

 

“Qısa müddət ərzində bu razılaşma Belarusdan yeni hərbi texnika partiyasının alınması barədə müqaviləyə çevriləcək. Azərbaycan Belarusla bu sahədə münasibətlərdən çox razıdır. Çünki Belarus silahı çox effektiv və keyfiyyətliidir”-deyə prezident İlham Əliyev vurğulayıb.

 

İlham Əliyev belaruslu həmkarına Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyinə görə də təşəkkür edib.

İki ölkə liderinin imzaladığı birgə bəyanatda Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları və sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü çərçivəsində həllinə çağırış edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir