Arxiv
19 Noyabr 2018, 19:46 | AKTUAL
Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar
Noyabrın 19-da Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başlayıb.  

Modern.az xəbər verir ki, sessiyanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.

 

Sessiyanın açılış mərasimində baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mattal, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.

Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.

Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.

Bu problemlə əlaqədar prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyi diqqətə çatdırılıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunu və bu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

S. Mehdiyev bildirib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ulu öndər Heydər Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Qanununa uyğun olaraq başlayıb. Bu gün prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.

Diqqətə çatdırılıb ki, Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin “Narkotik vasitələr haqqında”, “Psixotrop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətlərilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.

Komitə sədri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların ərazisindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunduğunu bildirib və BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasının iştirakçılarının bu məsələyə xüsusi diqqət göstərməsinin vacibliyini vurğulayıb.
Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik Azərbaycan Gömrük Xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm addımlar atdığını da diqqətə çatdıran Komitə sədri, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hədəflərin idarə olunması sisteminin və mobil qrupların yaradıldığını, bacarıqlı və bilikli kadrların işə cəlb olunduğunu, müasir texnika və avadanlıqlardan geniş şəkildə istifadə edildiyini bildirib.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edib və burada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal tədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra sessiya başlayıb.

Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, “darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə; sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə; məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.

Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.

Sessiya noyabrın 23-dək davam edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37