Modern.az

Bu ölkənin prezidenti itkin düşüb

Bu ölkənin prezidenti itkin düşüb

19 Noyabr 2018, 19:56
Qabonun prezidenti Əli Bonqo 24 oktyabr tarixində bir konfransda iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günə qədər də Bonqodan xəbər almaq mümkün deyil.

 

Qabon rəsmiləri prezidentin Ər-Riyadda həddən artıq halsız olduğu üçün xəstəxanaya yerləşdirildiyini bildiriblər. Amma Afrika İttifaqı açıqlamanı məqbul saymadığı üçün Qabona heyət göndərib.

 

Heyət həm ölkədəki siyasi vəziyyət, həm də Bonqonun sağlamlığı ilə bağlı məlumat əldə edəcək. Afrika İttifaqının sədri Bonqonun sağlamlığı ilə bağlı narahatçılıq keçirir.

 

Bonqonun bəzi səlahiyyətləri qısa müddət əvvəl köməkçisinə həvalə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?