Arxiv
19 Noyabr 2018, 21:10 | AKTUAL
İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”

“Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşündə bildirib.

 

Dövlət başçısı iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb: "Hörmətli Aleksandr Qriqoryeviç, ilk növbədə, dəvətə görə Sizə bir daha təşəkkür etmək istərdim. Belarusa səfər bizə həmişə xüsusi sevinc bəxş edir. İlk növbədə, Sizi və bütün Belarus xalqını ölkənizin sosial-iqtisadi inkişafında qazandığınız nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən Belarusa müntəzəm səfər edən bir şəxs kimi ölkənizin necə dinamik və səmərəli inkişaf etdiyini görürəm. Bizim münasibətlərimiz ölkələrimiz arasındakı səmimiyyəti və əməkdaşlığı yaxşı nümayiş etdirir. Biz bütün məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstəririk və qəbul edilən qərarlar hökmən həyata keçirilir. Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd etdiniz. Mən də öz növbəmdə qeyd etmək istərdim ki, biz bütün istiqamətlər üzrə fəal irəliləyiş olduğunu və yaxşı nəticələr qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə təkan verir və konkret layihələrin həyata keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun vururuq, gələcək qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yollarını müəyyənləşdiririk və qəbul etdiyimiz qərarları səmərəli şəkildə həyata keçiririk".

 

Prezident İlham Əliyev deyib ki, beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq da həmişə çox səmərəli və proqnozlaşdırıla biləndir: "Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələr əldə edilib. Lakin biz əməkdaşlığı davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək fikrindəyik. Ona görə ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar.

 

Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq".

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır:

 

"Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.

 

Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

 

Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.

 

Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq. Sağ olun".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37