Modern.az

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı

Aktual

19 Noyabr 2018, 22:23

Tovuz rayonunda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar Tovuz rayon sakinləri - 1995-ci il təvəllüdlü İsgəndərov İbrahim Arzu oğlu və 1964-cü il təvəllüdlü İbrahimov İmran Əliş oğludur.

 

Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qeyd edək ki,  hadisə rayonun "Maşın bazarı" deyilən ərazisinin yaxınlığında qeydə alınıb. Ərazidə  "VAZ-2107" markalı minik maşını ilə BMW markalı avtomobil  toqquşub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!