Arxiv
19 Noyabr 2018, 23:39 | AKTUAL
Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR

Bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub. Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

 

Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində baş tutub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli mərasimdə çıxış edərək deyib:

 

-Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər – poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib.

 

Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, "Qala", "Atəşgah məbədi" qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün də çox aktualdır. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.

 

Hamınıza "Çox sağ olun!" deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya və əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm.

 

Sonra Leyla Əliyeva öz şeirini oxuyub.

 

MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov çıxış edərək bildirib ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir: "Bu gün biz Heydər Əliyev Fondundan olan çoxdankı fəxri, əziz və hörmətli dostlarımızı tamamilə qeyri-adi bir münasibətlə qəbul edirik. Belə ki, kitabxanamızda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünü açırıq. Nəsimi yaradıcılığı Azərbaycan və ərəb dillərində poeziyaya və bütövlükdə Yaxın Şərq regionunun mədəniyyətinə böyük təsir göstərib. Şərq problemlərinə və Şərq dillərinə böyük diqqət yetirən universitetimizdə dahi mütəfəkkirin büstünün açılışı dərin rəmzi məna daşıyır. Rusiya şərqşünaslığının şanlı ənənələrinin davamçısı olan MDBMİ bir çox baxımdan nadir olan və son dərəcə müvəffəqiyyətlə inkişaf edən, ölkənin tərəqqisinə rəvac verən yeni-yeni böyük ustadlar yetişdirən Azərbaycan mədəniyyətinə həmişə xüsusi diqqətlə yanaşıb.

Öz böyük sələflərinin, o cümlədən İmadəddin Nəsiminin irsinə - bu çox güclü mədəni təbəqəyə söykənən Azərbaycan bu gün də mədəni inkişaf yolu ilə durmadan sürətlə irəliləyir. Azərbaycanda olan hər kəs bununla razılaşmaya bilməz. Mən görürəm ki, respublikada böyük dəyişikliklər, o cümlədən Azərbaycan xalqının topladığı tarixi irsə münasibətdə dəyişikliklər baş verir. Bizim üçün tamamilə aydın məsələdir ki, Nəsimi dünya poeziyasının ən mükəmməl nümunələri arasında yer tutmağa layiq olan əsərlərində həmişə ilk növbədə insanın böyüklüyünü, bəşəri sevgini və şəxsiyyət azadlığını tərənnüm edib. Nəsiminin xalqın mənəviyyatından qaynaqlanan parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və müxtəlifliyi ilə əks etdirib. Ustadın yaradıcılığı Azərbaycan xalqının və bir sıra digər xalqların bədii-ictimai təfəkkürünün inkişafına böyük təsir göstərib və göstərməkdədir".

 

Daha sonra çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya və Anatoli Torkunova minnətdarlığını bildib: “Bu iki parlaq çıxışdan sonra mənə burada böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofunun büstünü açmaq üçün yaradılan gözəl fürsətə görə, ilk növbədə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorluğuna təşəkkürümü ifadə etmək qalır. Anatoli Vasilyeviç çox doğru dedi ki, bu büst burada oxuyan tələbələrə həmişə xatırladacaq ki, onlar çox savadlı insanlar olmalıdırlar. Nəsimi fəlsəfəsinin dərinliyini başa düşmək onlar üçün də çox faydalı olacaq”.

 

Büstün yaradılmasına görə Heydər Əliyev Fonduna və heykəltəraşa təşəkkürünü bildirən səfir qeyd edib ki, Fondun təşkilatçılığı və köməyi olmadan bunu həyata keçirmək çox çətin olardı. Göstərdiyi dəstəyə və tez-tez Moskvaya səfər etdiyinə görə Leyla Əliyevaya təşəkkür edən Polad Bülbüloğlu deyib: "O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-a başçılıq edir, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Budur, bu gün biz bu universiteti bitirən hörmətli Prezidentimizin alma-materinə toplaşmışıq. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz azərbaycanlılar üçün bu universitet çox dəyərlidir, çünki Ümummilli Liderimiz, Azərbaycan siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyev və indiki Prezidentimiz İlham Heydər oğlu Əliyev bu ali təhsil ocağının fəxri doktorlarıdır. Buna görə də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bizim üçün kənar ev deyil. Biz həmişə burada olmağa şadıq. Biz bunu yüksək qiymətləndiririk".

 

Bugünkü tədbir Azərbaycanla Rusiya arasında sarsılmaz dostluğun daha bir təsdiqi olduğunu vurğulayan Polad Bülbüloğlu universitetin rəhbərliyinə, müəllim və professor heyətinə uğurlar arzulayıb, tələbələrə müraciətlə deyib : "Yaxşı oxuyacaqsınız, bizim Prezidentimiz kimi, öz ölkənizdə prezident olacaqsınız. Sizə uğurlar diləyirəm".

 

x x x

 

Açılış mərasimində Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aktyoru Eldar Tramov tarzən Qorxmaz Axundovun müşayiəti ilə Nəsiminin şeirlərini oxudu.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Moskvada "Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı" dahi şairin yubileyinə həsr olunmuş tədbirlər planının bir hissəsidir. Festivalın məqsədi Şərqin ən böyük şair və mütəfəkkirlərindən birinin yaradıcılığını təbliğ etmək, habelə Azərbaycan və Rusiya arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə "Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı" keçirilib. Festival çərçivəsində şairin anadan olduğu Şamaxı şəhərində və Bakıda müxtəlif incəsənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, habelə mühazirə, simpozium və seminarlar təşkil edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37