Modern.az

Qəzada ölən piyada körpünü təmir edən fəhlə olub - YENİLƏNİB

Qəzada ölən piyada körpünü təmir edən fəhlə olub - YENİLƏNİB

20 Noyabr 2018, 00:59

Salyan rayonunda həyatını itirən piyadanın şəxsiyyəti məlum olub. Modern.az “Report”a istinadən xəbər verir ki, avtomobilin vurduğu şəxs 1968-ci il təvəllüdlü Şirvan şəhər sakini Rövşən Abdullayevdir.

 

Bu gün axşam saatlarında Kür çayı üzərində körpünün təmiri ilə məşğul olan fəhləni avtomobilin vurması nəticəsində piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

00:19

 

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Çuxanlı kəndi ərazisində hələlik şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub.

 

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs hadisə yerində keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bundan əvvəl Kürdəmirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi