Modern.az

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var

Aktual

20 Noyabr 2018, 10:06

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayışda ölən və yaralananlar var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib:

 

“Bu saatadək bir nəfərin meyiti dağıntılar arasından çıxarılıb. Daha bir nəfər yaralı halda Gəncə Hərbi Hospitalına yerləşdirilib. Yaralı anlaqlı vəziyyətdə olub, özünü yaxşı hiss etdiyini deyib”.

 

S.Əhmədova hazırda ərazidə xilasetmə işlərinin davam etdirildiyini qeyd edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür