Arxiv
21 Noyabr 2018, 11:44 | MEDİA
Mətbuat Şurasına bu saytlardan ŞİKAYƏT EDİLDİ  

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Avropa Azərbaycanlıları Konqressinin prezidenti Sahil Qasımovun “Veteninfo.az” xəbər saytına qarşı şikayətini araşdıran Komissiya üzvləri müəyyən ediblər ki, saytda AAK və onun rəhbər strukturları barədə silsilə olaraq yayılan xəbərlərdə  “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ)  prinsipləri pozulub, tənqidi xarakterli yazılarda qarşı tərəfin rəyi öyrənilməyib, balans gözlənilməyib, dəqiqləşdirmə aparılmayıb. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Veteninfo.az” xəbər saytına MŞ tərəfindən xəbərdarlıq edilib.

Komissiya AAK-ın “Reytinq” qəzeti barədə eyni motivli şikayətini də araşdırıb. Qəzet redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər. 

“Atlas ES” MMC-nin baş direktoru İslam Abdullayevin “Azərbaycan reallığı” İnformasiya Ağentliyinə qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, Agentlikdə MMC və onun təmsilçiləri barədə kəskin tənqidi ruhlu materiallar yayımlanıb və qarşı tərəfin mövqeyi öyrənilməyib. Materiallar birtərəfli, yalnız bir qrup şikayətçiyə istinad edilərək hazırlanıb.  MMC təmsilçilərinin özlərinin təşəbbüs göstərməsi, mövqelərinin işıqlandırılmasına  yönəlik cəhdləri də nəticə verməyib: İnformasiya Agentliyi onların mövqeyini dərc etməkdən boyun qaçırıb. Komissiya üzvləri qərara gəliblər ki, geniş araşdırma aparılması üçün “Azərbaycan Reallığı” İA üzrə iş MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilsin.

BDU-nun dosenti Rəşid Cabbarovun  “Təzadlar” qəzetinə qarşı şikayətinin araşdırılması  şikayətçinin üzürlü olaraq iclasa qatıla bilməməsi səbəbindən təxirə salınmış, müzakirə növbəti iclasa saxlanılıb.

Göygöl  Suvarma  Sistemləri  İdarəsinin  rəisi  İlqar  Məhərrəmovun  təkrar olaraq  “Demokratik.az”  Xəbər  Portalına  qarşı şikayəti də baxılmamış saxlanılıb. Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az”  Xəbər  Portalının adı MŞ İdarə Heyətinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə “qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.

Bakı şəhəri, Binəqədi rayonu Q. Bəxşiyev adina 179 nömrəli tam orta məktəbin direktoru Bayaz Novruzovanın “Femida.az” saytına qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, şikayət ərizəsində əks olunan iddialar özünü doğrultmur. Xəbər portalının təmsilçiləri balansı gözləmiş, şikayət məktubu əsasında hazırlanmış məqaləni dərc etməzdən öncə qarşı tərəfin də mövqeyini öyrənmişlər.

 

“Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın “BakuNEWS.az”, “Median.az”,  “Xalqxeber.az” saytlarına qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, xəbər saytları jurnalın azyaşlı auditoriya üçün hazırlandığını nəzərə alaraq, orada yanlış anlaşıla biləcək ifadələrin dərc edilməsini tənqid ediblər. Tənqidi, ictimai mövqedən çıxış edərək sərgiləsələr də, balans prinsipini pozublar, tənqid etdikləri obyektin mövqeyini öyrənməyə təşəbbüs göstərməyiblər. Komissiya adı çəkilən xəbər saytlarının təmsilçilərinə tövsiyyə edib ki, iradları nəzərə alaraq, balans prinsipini gözləsinlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə  zəlzələ oldu 17 Sentyabr 2019, 20:13 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36