Modern.az

ARB-nin aparıcısı bu hərəkətinə görə işdən qovuldu - VİDEO

ARB-nin aparıcısı bu hərəkətinə görə işdən qovuldu - VİDEO

22 Noyabr 2018, 16:48

“ARB Kəpəz”in aparıcısı Tacirə Zeynallının “Səhər” porqramının çəkilişi zamanı lentə alınan videosu yayılıb.  Görüntülərdə aparıcı veriliş heyətinə qarşı əli ilə qeyri-etik işarə və ifadələrdən istifadə edib. 

 

Modern.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı “ARB Kəpəz”lə əlaqə saxlayıb. Telekanaldan verilən məlumata görə, aparıcı işdən uzaqlaşdırılıb:

 

"Aparıcı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb. Əvvəlcə onu qeyd edək ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib. Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilərək yapışdırılaraq internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hal-hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur. Adətən bu cür hallara görə, aparıcılar cəzalandırılmır.

 

Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də, ARB Kəpəz telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib. Bu həm bizim telekanalımızın, həm də ümumiyyətlə televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir