Modern.az

Hərbi attaşelər Azərbaycanda hərbi hissəni ziyarət etdilər - FOTO

Hərbi attaşelər Azərbaycanda hərbi hissəni ziyarət etdilər - FOTO

Aktual

22 Noyabr 2018, 18:17

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunduqdan sonra onlar ərazi ilə tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə