Modern.az

Bərdədə piyadanı vuran sürücü qaçdı

Bərdədə piyadanı vuran sürücü qaçdı

Aktual

22 Noyabr 2018, 22:23

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində "Hundai" markalı minik avtomobili yolu keçmək istəyən 1982- ci il təvəllüdlü Qələbə rayon sakini Quliyev Sərvan İmran oğlunu vurub.

 

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Sürücü hadisə yerindən qaçıb. Bərdə rayon Polis şöbəsində sürücünun müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

Bundan əvvəl Xaçmazda qadını avtomobil vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə