Modern.az

Azərbaycan nefti yenidən ucuzlaşdı

Azərbaycan nefti yenidən ucuzlaşdı

Aktual

22 Noyabr 2018, 23:41

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 65,44 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,34 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 64,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 21-də 60,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 21-də 61,88 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə