Modern.az

Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

23 Noyabr 2018, 14:36

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin I Seçim Turu davam edir.

 

Seçimdə iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti

2. CV

 

Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

 

Sənədlərin qəbulu 2019-cu il 28 fevral tarixinə qədər davam edəcək.

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə