Modern.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Neftin qiyməti kəskin ucuzlaşdı

Aktual

23 Noyabr 2018, 19:00

Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Modern.az  bu barədə ICE London qitələrarası birjasında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Sonuncu dəfə belə bir rəqəm 2017-ci ilin oktyabr ayında qeydə alınmışdı.

Hazırda Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin bir barelinin qiyməti 59,46 dollar təşkil edir. Gün ərzində Brent markalı neft 5,3 faiz ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir barelinin qiyməti isə 5,9 faizi azalaraq 50,88 dollar təşkil edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə