Modern.az

"Azərbaycanla Latviya arasında münasibətlər dinamik inkişaf edir" - Xələf Xələfov

"Azərbaycanla Latviya arasında münasibətlər dinamik inkişaf edir" - Xələf Xələfov

Aktual

23 Noyabr 2018, 21:12

Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin strateji əhəmiyyətini bir daha göstərir. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Latviyanın müstəqiliyinin 100 illiyinə həsr olunan tədbirdə bildirib.

 

X.Xələfov qeyd edib ki, 2018-ci il həm Latviya, həm də Azərbaycan üçün əhəmiyyətli bir il idi, hər iki ölkənin 100 illik yubileyi qeyd olunur.

 

Nazir müavininin sözlərinə görə, müstəqillik əldə etdikdən sonra ölkələr ikitərəfli əlaqələri inkişaf etdirməyə başlayıblar və böyük uğurlar qazanıblar.

 

X.Xələfov Latviya Prezidenti Raymonds Veyonisin 2017-ci ilin martında V Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Azərbaycana, ötən ilin iyulunda isə Prezident İlham Əliyevin Latviyaya səfərini xatırladıb.

 

Nazir müavini vurğulayıb ki, səfər zamanı nəqliyyat, tikinti, təhsil və digər sahələrdə imzalanmış memorandumlar ikitərəfli əlaqələrin strateji əhəmiyyətini bir daha sübuta yetirir.

 

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs da iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb:

 

"Ümid edirəm ki, dostluq münasibətlərimiz sayəsində biz daha da yüksək səviyyələrə çata biləcəyik və əlaqələrimiz davam edəcək".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə