Modern.az

Azərbaycanda makroiqtisadi şərait yaxşılaşıb

Azərbaycanda makroiqtisadi şərait yaxşılaşıb

Aktual

23 Noyabr 2018, 21:56

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi şəraitin yaxşılaşdığını qeyd edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə agentliyin yeni hesabatında deyilir.

 

Qeyd olunur ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı 0,8 faiz, qeyri-neft ÜDM-i isə bir faiz artıb. İnflyasiya 2017-ci ilin yekunları ilə müqayisədə 12,9 faizdən 2,4 faizə düşüb. Oktyabr ayında isə Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini 9,75 faizədək azaldıb:

 

“Bu amillər Azərbaycan iqtisadiyyatının 2014-cü il neft qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı şokdan və hökumətin cavab tədbirlərindən, o cümlədən manatın məzənnəsinin azaldılması, daha sərt vergi siyasəti və bank sektorunun restrukturizasiyasından sonra bərpasını təsdiq edir”.

 

Yekunda, bu amillər hökumət üçün qeyri-neft sektoruna investisiyaları artırmaq və kreditləşmə həcminin qismən artırılması yolu ilə maliyyə-kredit siyasətini yumşaltmağa imkan yaratdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə