Nazirlər Kabinetinin qərarı ilə xalq artisti, məşhur kinorejissor Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib.
Modern.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov imzaladığı müvafiq qərar əsasən,
Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.
Şəki Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.