Türkiyə Superliqasında 13-cü tura start verilib.
Modern.az xəbər verir ki, turun açılış oyununda "Qalatasaray" "Konyaspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra "Qalatasaray" 24 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 27 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" 22 xalla 3-cüdür.
"Qalatasaray" - "Konyaspor" - 1:1
Qollar: Uğur Demirok, 69-avtoqol (1:0), Skubiç, 90-pen (1:1)
Qırmızı vərəqə: Serdar Aziz, 88 ("Qalatasaray")