Modern.az

“Qəbələ” səfərdə qələbə qazandı

“Qəbələ” səfərdə qələbə qazandı

24 Noyabr 2018, 20:14

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib. Modern.az xəbər verir ki, turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da “Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), “Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.

 

Bu qələbədən sonra “Qəbələ” klubu xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 9 xalla 7-ci yerdə qərarlaşıb.

 

Turun ilk oyun gününün sonuncu matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Çempion “Qarabağ” debütant “Sabah”ı qəbul edir. Oyunun 56-cı dəqiqəsinədək komandalardan hərəsi bir dəfə fərqlənə bilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə