Modern.az

Azərbaycanda kriminal avtoritet ÖLDÜRÜLDÜ

Azərbaycanda kriminal avtoritet ÖLDÜRÜLDÜ

25 Noyabr 2018, 09:00
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
 
 
Modern.az-ın report-a istinadən məlumatına görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.


Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib. Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.


Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə