Modern.az

“Fərman Salmanovla bağlı xəbərə sevinmək hələ tezdir” - Surqutdakı diaspor sədrindən AÇIQLAMA

“Fərman Salmanovla bağlı xəbərə sevinmək hələ tezdir” - Surqutdakı diaspor sədrindən AÇIQLAMA

Ölkə

29 Noyabr 2018, 12:17

Sosial şəbəkələrdə Rusiyanın Surqut şəhərindəki hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adının verildiyi söylənilir.

Surqutda yaşayan və diaspor sahəsində çalışan Azad Seyidov Modern.az-a açıqlamasında deyib ki, hələlik qələbədən danışmaq tezdir.


“Çünki  nəticələr dekabrın 5-də açıqlanacaq. Sadəcə, indiki səs çoxluğu Fərman Salmanovun adını göstərir. Fərman Salmanovun qələbə çalması barədə yayılan xəbərlər hələ ki dezinformasiyadır. Yaxşı olar ki, son vaxta qədər səbirli olaq”.

Xatırladaq ki, Rusiya Federasiyasının 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar səsvermə elan edilib. Bu səsverməyə Rusiya tarixində həyati əhəmiyyətli rol oynamış iki azərbaycanlının - Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Müsabiqə noyabrın 30-da bitir.

Hələ ki F.Salmanovun adı “Rusiyanın böyük adları” müsabiqəsində ən çox səs toplayan sima olaraq öndə gedir.

Onun rəqibləri Yermak Timofeyeviçlə Aleksandr Flipenkodur.

Müsabiqənin rəsmi nəticələri dekabrın 5-də açıqlanacaq.

Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.


Fərman Salmanovun adı Surqut və Nijnevartovsk şəhərlərinin hava limanına veriləcək adlar sırasında yer alır.

//xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk

Sabit Orucovun adı isə Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusiyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. 


//xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür