Modern.az

Milli Məclis 2019-cu il üzrə dövlət büdcəsinə “HƏ” dedi - Xərclər, gəlirlər, büdcə kəsiri...

Milli Məclis 2019-cu il üzrə dövlət büdcəsinə “HƏ” dedi - Xərclər, gəlirlər, büdcə kəsiri...

30 Noyabr 2018, 12:16

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi yekunlaşıb.

Modern.az-ın məlumatına görə, parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon manat, xərclərini 25 milyard 190 milyon manat, büdcə kəsrini 2 milyard 22 milyon manat səviyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir