Arxiv
3 Dekabr 2018, 02:18 | MEDİA
Mirşahindən ağır sözlər, sərt ifadələr: “...ana-bacı, arvad-uşaq söydürən xoşqeyrətlər...” - VİDEO  

Real TV-nin rəhbəri Mirşahin Ağayev “Mirşahinin vaxtı” proqramında  növbəti dəfə sərt ifadələrilə yadda qalıb.

Modern.az xəbər verir ki, Mirşahin öz şərhində xaricdə fəaliyyət göstərən və əsasən də Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqedən çıxış edən internet kanalları, onların rəhbərlərini necə deyərlər “yıxıb-sürüyüb”.

Real TV-nin rəhbəri xaricdəki siyasi fəalların ünvanına da kəskin ifadələr işlədib:

O deyib:

“...Son bir neçə il ərzində ilk dəfədir ki,  televiziyalar, onlara ictimai münasibət haqqında danışıram. Məcburam. Xüsusilə son zamanlar sosial şəbəkələrdə yerindən duran, hissə-hissə duran, alayarımçıq duran bütün Dursun müəllimlərə bəzi deyəcəklərim var. Onlar baxdığı kanalları tənqid edirlər. Qısası bu! Və demək olar ki, bütün telekspertlər, teleekspırtlar hamısı eyni mənzərəni tənqid edir. Ay müğənnilər elə oxudu, ya belə geyindi, bütün günü çal-çağırdı, hansı gününüzə oxuyursunuz, çalırsınız və sair.

Soruşmaq lazımdır ki, bəs siz niyə onlara baxırsınız, hansı gününüzə yalnız çalıb oynayanlara tamaşa edirsiniz?  Əvvəldən sonadək Xoşqədəmin, Zaurun layihələrinə baxıb sonra da onları tənqid edirsiniz. Bu, riyakarlıq deyilmi? Özü də bunu artıq internet TV-si olanlar da etməyə başlayıb. Tənqid edirlər ki, müxalifətə efir vaxtı verilmir, özlərinin  də TV olduqlarını unudaraq. O vermir sən ver! Nə mane olur? Bu bir.

İkincisi, kim deyib ki, biz, məsələn REAL TV müxalifətə efir vaxtı ayırmalıdır. Bu bizim televiziyadır. Bu bizim seçimimizdir. Redaktor siyasətini biz müəyyənləşdiririk. Bu gün buna zərurət görmürük. Sabah baxarıq. Bizə 20-lər maraqlıdır, TANAP, TAP maraqlıdır. Bizə Azərbaycanın regional layihələrdə söz sahibi, təkcə söz yox, həm də əməl sahibi olduğunu nümayiş etdirən layihələrdən canlı yayımlar təşkil etmək maraqlıdır. REAL 9 aya yaxın müddətdə 200-dən artıq birbaşa yayım edib. Özü də bu yayımlar arasında ekstremal şəraitdə aparılanları da çoxdur.

“Azərbaycanda mətbuat və media azadlığı yoxdur” - deyə boş boğazlıq edənlərə bizim daha nə cavabımız ola bilər! Hadisəni yerindən, anında, dərhal, olduğu kimi göstərmək! Bu deyilmi azadlıq? Özü də təkcə Azərbaycanda yox, bütün dünyadan. BMT-sinin, NATO-sunun, AŞPA-sının, ATƏT-inin toplantılarını, Azərbaycanda və dünyada keçirilən az qala bütün mühüm mətbuat-konfranslarını!  Guya bunlar ekspertdir.  Ekspert deyəndə bir tərəfdən baxanda düzdü. Eksdir. Yəni keçmiş. Keçmiş “pert”! Üzr istəyirəm bundan sonra onlara sadəcə “pert” deyək. Madam ki eks olmamaq, gündəlikdə qalmaq istəyirlər.

Xülasə, belə “pert”lərin teledüşüncələri mənə əslində maraqlı olmamalıdır. Bayaq dediyim səbəblərdən. Bu gün də ona görə cavab vermək istədim ki, onların çeynəyib-tüpürdükləri, ölkə telekanallarını nişangaha gətirmələri heç də səmimi teletənqidçi qeydləri deyil. Bəlkə bir təhlükəli tendensiyanın tərkib hissəsidir. Hətta diversiyadır. Belə düşünməyə əsaslarım var. Bir anlığa tamaşaçıların-vətəndaşların baxdığı, nəyə görə, nə üçün, hansı verilişlərə baxdığını kənara qoyaq, hər halda baxdığı telekanallar vurulur, gözdən salınmasına ardıcıl cəhdlər edilir. Bəs, alternativ hansılardır? Bax məncə bu barədə daha ciddi düşünmək lazımdır. Budur onların alternativləri. Qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura göstərən.

Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilis dilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İskəndərlinin tərbiyəsizlik və əxlaq püskürtüsü!

Başqalarının da adını çəkib efiri daha çox zibilləmək istəmirəm. Onlar öz mahnılarını oxumurlar. Onlar üçün başqaları bəstələyir. Sədaqətli canlılar isə ifa edir.

Azərbaycana örnək göstərilənlər bunlardır. Bax budur cəmiyyətə soxuşdurulan alternativ TV-lər. Bəs bu “pert” müəllimlər nə vaxt çıxıb ortaya cəmiyyətə daha böyük təhlükə olan bu tribunaların zərəri barədə danışdılar? Hansı biri çıxıb Orduxana, Osmanqızına ən azı bədən tərbiyəsi verdi ki, ayıbdı, ayıb yerinizi bağlayın! Mən görməmişəm. Yoxsa Vidadi İskəndərlinin layiq olduğu cavabı verdilər xəbərimiz olmadı? Bəlkə onların təqdim etdikləri teletərbiyə bizim “pert” müəllimləri qane edir. Hansısa aparıcının kulis arxası ağzından ehtiyatsız ifadə çıxarmasını görk edərək sosial şəbəkələrdə ondan qat-qat artığını edən, ana-bacı, arvad-uşaq söydürən xoşqeyrət tv-cikləri, onların verilişləri altında dəvə ifrazatı kimi axıb gedən təhqirləri analiz etmək lazımdır. Anamı söyərlər deyə vətəni qruqa buraxmaq kişilikdən deyil! Mən hələ telepeşəkarlıqdan danışmıram...

“Mirşahinin vaxtı” proqramının videosunu təqdim edirik.


A.Qorxmaz

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17 Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq 17 Sentyabr 2019, 14:13 ŞAH MAT Teatrı “Qodonun intizarında”... 17 Sentyabr 2019, 14:11 Bakı Uşaq Teatrı yeni mövsümə başlayır 17 Sentyabr 2019, 13:47 Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı 17 Sentyabr 2019, 13:33 İlham Əliyev gürcü naziri qəbul edib 17 Sentyabr 2019, 13:25 Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB 17 Sentyabr 2019, 13:18 Kulis.az-dan şeir MÜSABİQƏSİ - 1000 manat mükafat 17 Sentyabr 2019, 13:11 UNEC-in ikili diplom proqramlarının sərgisi keçiriləcək 17 Sentyabr 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq 17 Sentyabr 2019, 13:05 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu 17 Sentyabr 2019, 12:56 Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi 17 Sentyabr 2019, 12:56 Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT 17 Sentyabr 2019, 12:49 Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü 17 Sentyabr 2019, 12:47 “Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ 17 Sentyabr 2019, 12:36 Onlar nə əxlaqsızdılar, nə dəli, nə bisavad... 17 Sentyabr 2019, 12:26