Arxiv
4 Dekabr 2018, 20:52 | ƏDƏBİYYAT
“İzahlı dilçilik terminləri lüğəti” plagiat çıxdı? - AMEA-da qalmaqal

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşrt etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ortaya çıxıb. Modern.az ölke.az-a istinadən xəbər verir ki, sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğıəti”  F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürülüb.

 

“İzahlı dilçilik terminləri lüğəti” kitabındakı köçürmələri üzə çıxartmaq üçün hər üç kitabı əldə edilib.

 

Bildirilir ki, professor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir.

 

Kitabdakı minlərlə plagiat faktındanbir neçəsini təqdim edirik:

 

M. Adilov, Z.Verdiyeva, F.Ağayeva:

 

“ADIN TƏRCÜMƏSİ – Bəzi xüsusi adların başqa dillərdən Azərbaycan dilinə gətirilməsi forması (bəzən adın bir hissəsi, bəzən də ad bütövlükdə çevrilir). Adətən, xüsusi adların çoxu bir dildən başqa bir dilə tərcümə olunmur. Onlar dilə gətirilərkənorfoqrafiya qaydalarına uyğunlaşdırılsa da, öz ilkin formasını və ifadə etdiyi mənanı saxlayır. Antroponimlər tərcümə olunmasa da, onun bəzi ünsürlərinin tərcüməsinə rast gəlinir. Xüsusi adların ən çox tərcümə olunan sahəsi idarə və təşkilat adlarıdır: СССР (Союз Советских Социалистических Республик) – SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı), США (Соединенные Штаты Америки) – ABŞ (Amerika Birləşmiş Ştatları), Уральский машиностроительный завод – Ural maşınqayırma zavodu. Tərcümə ən qədim adalma formasıdır. Bəzən bu, beynəlxalq xarakter daşıyır. Azərbaycan onomastikasına gətirilən xüsusi adlar bilavasitə morfoloji yolla tərcümə edilir. Adların tərcüməsi onların formasına müxtəlif şəkilçilərin əlavəsi ilə mümkündür. Çox hallarda isə adlar kalka edilir. Məsələn: Средиземное море – Aralıq dənizi, Черное море – Qara dəniz, Новая земля – Yeni torpaq, Красное море – Qırmızı dəniz”.

 

S.Sadıqova və işçiləri:

 

“ADIN TƏRCÜMƏSİ – Bəzi xüsusi adların başqa dillərdən Azərbaycan dilinə gətirilməsi forması (bəzən adın bir hissəsi, bəzən də ad bütövlükdə çevrilir). Adətən, xüsusi adların çoxu bir dildən başqa bir dilə tərcümə olunmur. Onlar dilə gətirilərkənorfoqrafiya qaydalarına uyğunlaşdırılsa da, öz ilkin formasını və ifadə etdiyi mənanı saxlayır. Antroponimlər tərcümə olunmasa da, onun bəzi ünsürlərinin tərcüməsinə rast gəlinir. Xüsusi adların ən çox tərcümə olunan sahəsi idarə və təşkilat adlarıdır: СССР (Союз Советских Социалистических Республик) – SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı), США (Соединенные Штаты Америки) – ABŞ (Amerika Birləşmiş Ştatları) və s.”

 

Nümunədən gördüyümüz kimi, S.Sadıqova M.Adilovun nisbətən geniş şərhinin bir hissəsini eynilə kəsib götürüb.

 

Digər qarşılaşdırma:

 

M. Adilov, Z.Verdiyeva, F.Ağayeva:

 

“ƏMR CÜMLƏSİ. Danışanın iradə xüsusiyyətlərini (istək, arzu, rica, əmr, xəbərdarlıq, etiraz, hədə, çağırış, göstəriş və s.) ifadə edən cümlə. Əmr cümlələri aşağıdakı qrammatik vasitələrin köməyi ilə formalaşır: 1. Əmr intonasiyası ilə: Əllər yuxarı! İrəli yoldaşlar, yalnız irəli! (S.Vurğun). Addımla marş! 2. Xəbəri feilin məsdər, əmr və vacib şəkillərində çıxış etməklə: Oxumaq, oxumaq, yenə də oxumaq (V.İ.Lenin). Dayan, bu evə getmə! (İ.Hüseynov). 3. Bir sıra ədatların (ha, hi, da, də) və ədat funksiyasında çıxış edən sözlərin (gör, görüm, görək, qoy, qoyun (uz), gəl, gəlin (iz), bax, baxın(ız) köməyi ilə: Qoy şeirimi oxusun şən pioner dəstəsi (S.Rüstəm). Gəl çıx da! Bax, danışma ha!”.

 

 S.Sadıqova və işçiləri:

 

“ƏMR CÜMLƏSİ. Danışanın iradə xüsusiyyətlərini (istək, arzu, rica, əmr, xəbərdarlıq, etiraz, hədə, çağırış, göstəriş və s.) ifadə edən cümlə. Əmr cümlələri aşağıdakı qrammatik vasitələrin köməyi ilə formalaşır: 1. Əmr intonasiyası ilə: Əllər yuxarı! İrəli yoldaşlar, yalnız irəli! (S.Vurğun). Addımla marş! 2. Xəbəri feilin məsdər, əmr və vacib şəkillərində çıxış etməklə: Oxumaq, oxumaq, yenə də oxumaq (V.İ.Lenin). Dayan, bu evə getmə! (İ.Hüseynov). 3. Bir sıra ədatların (ha, hi, da, də) və ədat funksiyasında çıxış edən sözlərin (gör, görüm, görək, qoy, qoyun (uz), gəl, gəlin (iz), bax, baxın(ız) köməyi ilə: Qoy şeirimi oxusun şən pioner dəstəsi (S.Rüstəm). Gəl çıx da! Bax, danışma ha!”.

 

M. Adilov, Z.Verdiyeva, F.Ağayeva:

 

“PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).

 

Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.

 

S.Sadıqova və işçiləri:

 

“PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).

 

Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.

 

F.Veysəlli:

 

“MORFOLOGİYA.  …Böyük alman şairi Y.V.fon Göte canlı orqanizmlərin forma və strukturunu öyrənən elmi morfologiya adlandırıtdı. Sonralar bu termin XIX əsrdəfleksiya və sözdüzəltmədən bəhs edən bir anlayış kimi dilçiliyə gətirildi. Ənənəvi qrammatikada buna forma haqqında təlim deyirlər (alm.Formenlehre). Ç.Hoket (1907) morfoloji modellərin  3 növünü fərqləndirir: a) amerikan strukturalizmində geniş işlənən distribusiyaya əsaslanan  (element və düzüm qrammatikasıdır-item-and arangement-grammar, kombinasiya morfologiyası); b) generativ-transformasional grammatikada  (item-and process-grammar) (buna proses morfologiyası da deyirlər; burada əsas abstrakt formalar transformasiyalar vasitəsilə üst struktur formalarına çevrilir); c) word-and paradigm-modell (buna paradiqm morfologiyası da deyirlər, ancaq burada əsas vahid kimi söz götürülür)…. ”.

 

S.Sadıqova və işçiləri:

 

“MORFOLOGİYA.  …Böyük alman şairi Y.V.fon Göte canlı orqanizmlərin forma və strukturunu öyrənən elmi morfologiya adlandırıtdı. Sonralar bu termin XIX əsrdəfleksiya və sözdüzəltmədən bəhs edən bir anlayış kimi dilçiliyə gətirildi. Ənənəvi qrammatikada buna forma haqqında təlim deyirlər (alm.Formenlehre). Ç.Hoket (1907) morfoloji modellərin  3 növünü fərqləndirir: a) amerikan strukturalizmində geniş işlənən distribusiyaya əsaslanan  (element və düzüm qrammatikasıdır-item-and arangement-grammar, kombinasiya morfologiyası); b) generativ-transformasional grammatikada  (item-and process-grammar) (buna proses morfologiyası da deyirlər; burada əsas abstrakt formalar transformasiyalar vasitəsilə üst struktur formalarına çevrilir); c) paradiqm morfologiyası, burada əsas vahid kimi söz götürülür)…. ”.

 

Qeyd edək ki, əqli mülkiyyəti oğurlanmış M.Adilov və Z.Verdiyeva bir neçə il əvvəl vəfat ediblər.

 

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fəxrəddin Veysəlli  bildirib ki, “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə ona məlumat çatdırılıb:

“Mənə çatdırıblar ki, belə bir şey olub. İndi bunlar necə ediblər, sözün düzü bu barədə geniş məlumata malik deyiləm. Hazırda həmin kitab məndə olmadığı üçün qəti fikir bildirə bilmirəm. Gərək bunu araşdırım. Ancaq siz jurnalist kimi araşdıra bilərsiniz. İzahlı dilçilik terminləri ilə bağlı bizim kitablarımızın birinci və ikinci cildləri hələ 2006-2008-ci illərdə çapdan çıxıb. Həmin kitablar internetdə də yerləşdirilib”.

Professor deyib ki, alimlərin plagiatlıqla məşğul olması çox pis hərəkətdir:

“Plagiat çox yaramaz hərəkətdir. Xüsusilə də özünə hörmət edən alim gərək belə hərəkət etməsin. Çünki bu bir alimin etikasına uyğun gəlmir. Eyni zamanda qanun tərəfindən müəllif hüququları qorunur. Bununla bağlı Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Bu biabırçılıqdır. Onlar elə-belə alim, küçədən gələn adam deyillər. İndi əlimdə fakt olmadığı üçün çox söz deyə bilmirəm. Əslində, bu çox yaramaz, alçaq və həddindən artıq pis əməldir. Bütün ölkə miqyasında buna lənət oxunmalıdır”.

 

Professor Sayalı Sadıqova da ittihamlara cavab verib.

Alim bildirib ki, artıq bir neçə ay əvvəl kitabın təqdimat mərasimi keçirilib və təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyıi də iştirak edib: “Artıq kitabın təqdimnatı bir neçə aydır ki, olub, bəyənilib və dövlət mükafatımızı almışıq. Kitabda hər hansı plagiatlıq olsaydı, indiyədək bunun səsi çıxardı. Fəxrəddin müəllim Veysəlli  Dilçilik Ensiklopediyası yazıb, orada alman, rus, ingilis lüğətləri var. Bizim kitabımız isə sırf Azərbaycan qramatikasında işlənən terminlərin lüğətidir. Buna isə heç kəs nə isə deyə bilməz. Bizim kitabın üzərində 6 nəfər işləyib, burada heç bir köçürülmədən söhbət gedə bilməz. Bizim yazdığımız kitab Azərbaycan dilinin qramatikası əsasında ilk dəfə sanballı yazılmış izahlı dilçilik lüğətidir. Kitab yazılan zaman bizim qarşımızda Azərbaycan dilinin qramatikası olub. Azərbaycanda hər 5 ildən bir termenoloji lüğət yenilənir. Bizim əlimizdə olan əsas mənbə isə Qəzənfər müəllimin kitabları olur. İndi bizim yazdığımız lüğətdə hansı köçürülmədən söhbət gedə bilər? Bu, qətiyyən ola bilməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51