Modern.az

Novruz Məmmədovdan sahibkarlarla bağlı yeni qərar- 4 kateqoriyaya bölündülər  

Novruz Məmmədovdan sahibkarlarla bağlı yeni qərar- 4 kateqoriyaya bölündülər  

25 Dekabr 2018, 09:02

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.

Modern.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənəın meyarlara görə, illik gəliri 200 min manata qədər olan və maksimum 10 işçiyə sahib olanlar mikro sahibkar, illik gəliri 200 min manatdan 3 milyon manata kimi və 11-50 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 3 milyon manatdan 30 milyon manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 30 milyondan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunacaq.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Vergilər Nazirliyinə tapşırılıb ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

Dövlət Statistika Komitəsinə tapşırılıb ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir