Modern.az

“Maşın” realiti-şounun qalibi o oldu - YENİLƏNİB  

“Maşın” realiti-şounun qalibi o oldu - YENİLƏNİB   

31 Dekabr 2018, 23:45

“Maşın” şouda bir neçə gündür aparıcılar Ranar Musayevlə Xəyalə Quliyeva arasında davam edən mübarizə bitib.

Modern.az-ın məlumatına görə, "Hind kinosu" adlanan 17-ci sürətin qalibi rəsmən açıqlanıb.

Avtomobili aparıcı Xəyalə Quliyeva qazanıb.

***

ATV-də yayımlanan “Maşın” realiti-şounun qalibinin adı müəyyənləşib.

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, finalda sona qalan iki iştirakçıdan biri -aktrisa-teleaparıcı Xəyalə Quliyeva şounun qalibi olub. O, aparıcı Ranar Musayevə qalib gəlib.

Verilişin bu axşam efirə gedəcək canlı yayımında Xəyalənin rəsmən qalib elan olunacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?