Modern.az

Deputat Tahir Kərimlinin acı XATİRƏLƏRİ

Deputat Tahir Kərimlinin acı XATİRƏLƏRİ

1 Yanvar 2019, 18:44

5-ci sinifdə oxuyurdum, parta yoldaşım qarşıda oturan qızın hörüyündən dartdı. Tarix muəllimim isə məni təqsirkar bilib, üzümə bərk sillə vurdu. Məktəbi qurtarana qədər mən həmin muəllimin sevimlisi oldum və ondan yalniz “5” qiyməti alırdım. Rəhmətə gedənə qədər çox yaxşı munasibətimiz oldu, ancaq bir dəfə də olsun üzünə deyə bilmədim ki, o zaman məni nahaqdan niyə elə bərk vurdun?”.

Bu xatirələri Modern.az-ın əməkdaşı ilə bölüşən deputat Tahir Kərimli həyatın hər üzünü gördüyünü, bugünkü mərtəbəyə keşməkeşli yollardan keçib gəldiyini söyləyib.

“Atamı 6-ci sinifdə itirdim, vəzifəli şəxs idi, amma əmim, dayım yox idi. Məktəbdə ehtiyacı olanlara yardım üçün paltar paylayırdılar, mənə də təklif olundu. Sarsıldım, durub sinifdən qaçdım, 2 km uzağa - şəhərin aşağı tərəfinə gedib, böyük bir daşın üstünə sərildim, o ki var ağladım. Axşam hava qaralanda məni axtarıb həmin o böyük daşın üzərində yatdığım halda tapdılar”,- Tahir Kərimli bildirib.

Deputatın sözlərinə görə, yuxarı siniflərə keçəndə müəllimlərinə gələcəkdə hüquqşünas olmaq istədiyini deyəndə məktəbin dərs hissə müdri ona "yetim uşaqsan, sən hüquqa girə bilərsən!?" söyləməklə qəlbini qırıb:

“Çox illər sonra həmin dərs hissə müdirinin qardaşı ilə bağlı mənə işi düşdü, hətta məni evimdən işə qədər müşayiət elədi. Prokurordan xahiş elıədim, işləri düzəldi. Ancaq bir dəfə də “nə üçün yetimliyimi başıma qaxıb, məni sındırırdın?” - deyə üzünə vurmadım.


Tahir Kərimli əsgərlik xatirələrindən də danışıb:

“80 nəfər azərbaycanlı bir yerdə əsgərlikdə idik. Ermənilər və ruslar bizi çox incitdiyindən hüququmuzu müdafiə etməyə qalxdım. Buna görə məndən qisas almaq məqsədilə hamını evə buraxdılar, məni isə 2 ay artıq saxladılar. Ağsulu bir əsgər yoldaşım evə gedəndə "öl burada, mən həmişə səndən üstün olacağam" dedi, 2 il ərzində onlar üçün necə qiymətli olduğumu bir andaca unudub, mənim əzab çəkəcəyimdən zövq aldı.Təkcə xalam oğlu Mustafa əsgərlikdə məni Krasnodorovka adlı yerə köçürəndə həmrəylik nümayiş etdirdi... Çox sonralar yeməkxana müdri olan, həmişə məndən üstün olacağı ilə öyünən şəxsin işi çalışdığım orqana düşdü.Təbii ki, əsgər yoldaşı kimi təmənnasız onu bəladan qurtardım. Lakin onun da üzünə o zaman mənə dediklərini vura bilmədim”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir