Modern.az

Türk futbolçu rekord məbləğə “Liverpul”a gedir

Türk futbolçu rekord məbləğə “Liverpul”a gedir

Aktual

6 Yanvar 2019, 21:54

Türkiyənin "Trabzonspor" klubunun ulduz futbolçusu Əbdülqədir Ömür rekord məbləğə İngiltərə nəhəngi "Liverpul"a transfer olunması iddiaları haqda danışıb. Modern.az xəbər verir ki, 19 yaşlı ulduz son qərarı klubunun verəcəyini deyib.

 

"Liverpul" dünyanın ən böyük klublarından biridir. Bu transferlə bağlı qərarı klublar verəcək. Klubum "get" desə, gedəcəyəm", - o bildirib.

 

Qeyd edək ki, "Liverpul"un Əbdülqədir Ömür üçün "Trabzonspor"a 30 milyon avro təklif edəcəyi deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə