Modern.az

Sabahın havası – XƏBƏRDARLIQ

Sabahın havası – XƏBƏRDARLIQ

Aktual

7 Yanvar 2019, 13:05

Sabahın hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Yanvarın 8-də buludlu havanın üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5, gündüz  7-10, Bakıda  gecə  3-5, gündüz  8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85, gündüz 60-70  faiz olacaq. 

 

Azərbaycanın rayonlarında

 

Yanvarın 8-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

 

Xəbərdarlıq

 

Yanvarın 7-si axşamdan 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə