Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.
Məlumata əsasən, mikroavtobusda 13 sərnişin olub, onlardan 10-u xəsarət alıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Modern.az-a açıqlamasında deyib ki, artıq yaralıların bir neçəsi Bakıya qayıdıb.
“Azərbaycanın Rusiyadakı səfirliyinin tapşırığı ilə Rusiyadakı diaspor təşkilatları qəza baş verən andan soydaşlarımızla maraqlanıb. Qəza nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılardan 6-sı artıq Bakıya geri qayıdıb. Hazırda 4 vətəndaşımız xəstəxanadadır. Vəziyyətləri sabitdir”.
Qeyd edək ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus dünən Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar dərhal yerli xəstəxanaya yerləşdirilib.