Arxiv
7 Yanvar 2019, 13:35 | İQTİSADİYYAT
Velosiped yolları Bakının hansı ərazilərindən keçəcək? - İki dövlət agentliyindən AÇIQLAMA

Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na görə, Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.


Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev
məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq bir neçə müddətdir Bakı şəhərinin inzibati ərazisində velosiped zolaqlarının təşkilinə dair işlərə başlanılıb:


“Beynəlxalq təcrübə təhlil edilir. İlkin olaraq şəhərin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrutlar üzrə velosiped zolaqlarının və yollarının layihələndirilməsi nəzərdə tutulub. Daha sonra bu marşrutlar əlaqələndirilərək daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılır”.

 

M.Ağayevin sözlərinə görə, məsələ hazırda layihələndirmə mərhələsindədir:

“Eyni zamanda bildirim ki, velosiped yollarının təşkili BNA-nın 3 illik fəaliyyət planına da daxil edilib. Məlumat üçün onu da vurğulamaq istərdim ki, Yasamal Yaşayış Kompleksinin nəqliyyat planı hazırlanarkən BNA tərəfindən velosiped zolaqları və dayanacaqları ilə bağlı məsələlər də əksini tapıb və artıq icra edilib”.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda tədbirlər planı hazırlanıb:

“Bakı şəhərində müəyyən layihələrin icrası həyata keçiriləcək. Əksər yerlərdə velosiped yollarının salınması mümkün deyil. Hansı ərazilərdə ki, mümkün olacaq təmir-tikinti zamanı velosiped yollarının salınması da nəzərə alınacaq. 2019-cu il ərzində yol-infrastruktur layihələri çərçivəsində yenidənqurma işləri aparılan zaman velisped zolaqlarının salınması nəzərə alınacaq. Təbii ki, buna mütəxəssislər rəy verəcək. Ümumilikdə bununla bağlı aidiyyatı qurumlarla birgə iş aparılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29 Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir 18 İyun 2019, 14:21 Azərbaycana Çindən turist axını gözlənilir - RƏSMİ 18 İyun 2019, 14:13