Modern.az

Bakıda zəncirvari qəza – Nobel prospektində tıxac yarandı  

Bakıda zəncirvari qəza – Nobel prospektində tıxac yarandı   

Aktual

7 Yanvar 2019, 17:25

Bir qədər əvvəl Nobel prospektində (Luna Parkın qarşısı şəhər mərkəzi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, hadisə zamanı 3-4 avtomobil zəncirvari şəkildə qəzaya düşüb:

“İnsan tələfatının olub-olmaması barədə hələ ki məlumat yoxdur”.

Qurum rəsmisi deyib ki, qəza səbəbindən hazırda prospektin qeyd edilən hissəsində tıxac müşahidə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə