Modern.az

Gəncədə 70 yaşlı qohumunu qətlə yetirən şəxs saxlanıldı

Gəncədə 70 yaşlı qohumunu qətlə yetirən şəxs saxlanıldı

Aktual

7 Yanvar 2019, 20:30

Gəncə şəhərində 70 yaşlı qohumunu bıçaqlayaraq qətlə yetirən şəxs tutulub. Modern.az xəbər verir ki, Valeh Zeynalovun qətlində şübhəli bilinən Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Məmməd Məhərrəm oğlu Məmmədov saxlanılıb.

 

İlkin məlumatlara görə, hadisəyə əvvəldən aralarında olan münaqişə səbəb olub.

 

Qeyd edək ki, qətli törədən şəxs əvvəllər məhkum olub və hazırda ruhi əsəb dispanserində qeydiyatdadır.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə