Modern.az

Azərbaycanla sərhəddə “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatdı

Azərbaycanla sərhəddə “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatdı

Aktual

7 Yanvar 2019, 22:50

Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 10 nəfərə çatıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

 

O bildirib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

 

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə