Modern.az

Gəncədə xalası oğlunu öldürən şəxs tutuldu

Gəncədə xalası oğlunu öldürən şəxs tutuldu

Aktual

8 Yanvar 2019, 11:34

Yanvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN-dən Modern.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. 

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə