Modern.az

ABŞ hökumətinin işi iflic olundu

ABŞ hökumətinin işi iflic olundu

12 Yanvar 2019, 09:35

ABŞ hökuməti maliyyə ayrılmadığı üçün artıq 22 gündür ki, qismən işləmir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “şatdaun” adını alan bu proses prezidentlə Konqres arasında Meksika sərhədində divarın tikintisi ilə bağlı yaranmış fikir ayrılığından doğur. Proses dekabrın 22-də başlayıb və nə vaxt bitəcəyi bilinmir.

 

Belə ki, Konqresin Nümayəndələr Palatası divarın tikintisi üçün lazım olan 5,7 milyard dolları ayırmaq istəmir. Nəticədə federal qurumların 25%-i maliyyə almadıqları üçün 800 min işçi maaşsız qalıb.

Buna qədər ölkə tarixində ən uzun “şatdaun” 1995-ci ilin 16 dekabrından 1996-cı ilin 5 yanvarına qədər (21 gün) davam etmişdi.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir