Modern.az

Trampın qızı Dünya Bankına rəhbər təyin oluna bilər

Trampın qızı Dünya Bankına rəhbər təyin oluna bilər

12 Yanvar 2019, 11:01

ABŞ prezidenti Donald Trampın qızı Dünya Bankının sədrliyinə namizədlərdən biridir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi onun namizədliyi ilə olması bağlı müzakirələr aparır.

 

XX əsrdə yaranmış ənənəyə əsasən, Dünya Bankına amerikalı rəhbər təyin olunur, Beynəlxalq Valyuta Fondu isə avropalı maliyyəçiyə tapşırılır.

 

Dünya Bankına rəhbərlik etmək istəyənlər arasında Donald Trampın qızı İvanka Tramp, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Qrin, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli də var.

Dünya Bankının sonuncu rəhbəri Cim Yön Kim yanvarın 7-də öz postunu vaxtından əvvəl tərk edib.

                      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi