Modern.az

Qarabağ TV, MTRŞ-nın cavabı, bu da son...

Qarabağ TV, MTRŞ-nın cavabı, bu da son...

Dünya

12 Yanvar 2019, 11:31

122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilən Flora Qasımova bir müddət əvvəl Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün “Qarabağ TV” yaradılması təşəbbüsü ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, deputat Flora Qasımova bildirmişdi ki,  “Qarabağ TV” nin yaradılması onun arzusudur və bunun reallaşması üçün müvafiq qurumlarla əlaqələr yaradılmalı, perspektivlər öyrənilməlidir.

 

“Bunun  reallaşması üçün müzakirələr aparılmalı, aidiyyəti təşkilatlarla əlaqələr qurulmalıdır, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən tezlik alınmalı, vəsait ayrılmalıdır. Mənim bir məqsədim var. Əgər həqiqətən də Dağlıq Qarabağdakı erməniləri Azərbaycan vətəndaşı hesab ediriksə, baxmayaraq ki, özləri belə demir, biz onlara Dağlıq Qarabağın tarixini, həqiqətlərini öz dillərində çatdırmalıyıq. Yaxşı haldır ki, AzTV və İctimai Televiziyada “Xəbərlər” proqramı ingiliscə, rusca da yayırlar. Amma yeni yetişən ermənilər bu dilləri bilmir. Ermənilər onların beyninə yeridir ki, Qarabağ əzəli olaraq onların torpağı olub. Biz isə öz-özümüzə danışırıq. Ölkə daxilində Qarabağ üçün telekanal yaradılmalıdır. Azərbaycanın inkişafını məhz ermənicə təqdim etməliyik. Çünki televiziya ən yaxşı təbliğat vasitəsidir. Kiminsə qəzet almaq, sayta daxil olmaq imkanı olmaya bilər. Amma televiziya hamının əli çatdığı təbliğat vasitəsidir”.

 

Flora Qasımova bu işdə hər kəsi birliyə çağırıb: “İşğal altında olan torpaqlar geri alınanda kimin ora getməyə mənəvi haqqı olacaq? Zənnimcə, bu suala cavab tapmaq üçün hər kəs öz-özünə hesabat verməlidir. Bu sual veriləndə nə qədər insan cavab verməyə hazır olacaq? Ən azı bunu düşünərək hər kəs əlindən gələni etməlidir”.

 

Milli Televiziya və Radio Şurasından isə deputat Flora Qasımovanın “Qarabağ TV” yaradılması ilə bağlı təklifinə belə cavab verilmişdi:

“Dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar. Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə “Caspian İnternational Broadcasting Company (CBC)” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir”.

 

Xatırladaq ki, ermənilər İstanbulda yeni "Luys"adlı telekanal açırlar

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı