Arxiv
12 Yanvar 2019, 12:58 | PARLAMENT
Bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər

Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev ciddi struktur islahatlarının anonsunu verib.

 

Ölkə başçısı bildirib ki, Azərbaycanda idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatları başlayacaq.

“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”- deyə, prezident İlham Əliyev qeyd edib.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda struktur islahatlarına çoxdan başlanılıb:

“Cəmiyyət daim inkişaf edir. Bir yerdə durmur. Ona görə də cəmiyyətdən yeni tələblər gəlir. Dövlət də həmin tələblərə uyğun olaraq özünün strukturunu, idarəçiliyini dəyişir. Burada heç nə yoxdur. Cənab prezident idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatlarının aparılmasını çox düzgün buyurur. Bu gün az insan əməyi sərf edib çox işləməklə xeyli nailiyyətlər əldə etmək mümkündür. Çox adamla az iş görüb cəmiyyəti idarə etmək olmur”.

 

Yevda Abramov qeyd edib ki, struktur islahatları çərçivəsində bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər:

“Bu nazirliklərin, komitələrin, agentliklərin hansının olacağını isə cənab prezident bilə bilər. Bunları qabaqcadan demək olmaz. Cənab prezidentin hər sahə üzrə müşavirləri var. Onlar müəyyən təkliflərlə çıxış edəcəklər, yoxlayacaqlar, analiz edəcəklər, həmçinin digər ölkələrin təcrübəsini nəzərə alacaqlar. Struktur və kadr islahatları elə-belə olmur ki... Bu islahatların olacağını cənab prezident cəmiyyətin, hökumət üzvlərinin diqqətinə çatdırıb. Bu gün bütün dünya çevik dövlətçilik aparatı ilə işləyir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Baş redaktor səhiyyəni TƏRİFLƏDİ 19 İyun 2019, 11:38 “Buta Airways”in Kiyev reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək 19 İyun 2019, 11:34 II Avropa Oyunlarının açılışına qatılacaq dövlət başçıları - SİYAHI 19 İyun 2019, 11:33 Sənaye ixracında 11 milyon dollarlıq ARTIM 19 İyun 2019, 11:32 Türkiyədə “B.R.T Azərbaycan” futbol klubuyla təsadüfi görüş - REPORTAJ 19 İyun 2019, 11:28 Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19