Arxiv
12 Yanvar 2019, 14:36 | HADİSƏ
Deputatdan maraqlı TƏKLİF - Yanvar ilk, may çiçək, avqust biçin ayı adlandırılsın

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib.

Bu barədə Modern.az-a Tahir Kərimli özü məlumat verib.

 

Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:

"Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir.  Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir.  Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür".

 

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

 

"Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen",  "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik".

 

Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik:

“Məsələn, "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk", "təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Feil" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik”.

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55